Femida Könüllüləri “Yaşıl Dünya Naminə Həmrəylik” düşərgəsinin iştirakçıları olublar
Femida Könüllüləri 13-16 dekabr tarixində Şəki şəhərində keçirilən Azərbaycan Könüllülərinin “Yaşıl Dünya Naminə Həmrəylik” düşərgəsinin iştirakçıları olublar.Düşərgə zamanı Femida Könüllüləri, Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin II Konfransında iştirak edərək, könüllülük fəaliyyətlərinə dair təcrübələr əldə edib, eyni zamanda bir neçə maraqlı müsabiqə və təlimlərə cəlb olunublar.
Düşərgə müddətində, iştirakçılar həmçinin Şəki şəhərinin tarixi və mədəni irsini daha yaxından tanımaq imkanı əldə ediblər.
Belə ki, Femida Könüllüləri, Şəki Xan Sarayı, Şəki Sənətkarlar Evi və Şəki Xan Məscidi kimi tarixi abidələrə ekskursiya edərək, Azərbaycanın zəngin mədəniyyətini və tarixini daha dərindən kəşf ediblər.