Femida Könüllüləri üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Yasamal Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Mirsadiq Seyidov tərəfindən “Cinayət hüququnda əsas anlayışlar" mövzusunda təlim keçirilib.Təlim zamanı könüllülərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş prinsiplər, cinayət məsuliyyətinin əsasları, cəzanın təyin edilməsi qaydası və amnistiya haqqında ətraflı məlumat verilib. Hakim Mirsadiq Seyidov həm nəzəri, həm də praktiki izahlarla cinayət hüquqununun əsas institututlarının tətbiqi qaydalar və məhkəmə təcrübəsində rast gəlinən hallardan danışıb.
Görüş interaktiv müzakirələrlə davam edib, könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılar hüquqi biliklərini artırmaqla yanaşı, məhkəmə proseslərində cinayət hüquqununun əsas institutlarının əhəmiyyətini daha dərindən mənimsəyiblər.


