Xəbərlər

Femida Könüllüləri üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Leyla Əsgərova tərəfindən “Cəzanın təyin edilməsi və cəzadan azad etmə” mövzusunda təlim keçirilib.

Təlim zamanı könüllülərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzadan vaxtından əvvəl azad etmə, cəzanın daha yüngül cəza ilə əvəz edilməsi, şərti məhkumetmə və amnistiya haqqında ətraflı məlumat verilib. Hakim Leyla Əsgərova həm nəzəri, həm də praktiki izahlarla cəza institutunun tətbiqi qaydalar və məhkəmə təcrübəsində rast gəlinən hallardan danışıb.

Görüş interaktiv müzakirələrlə davam edib, könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılar hüquqi biliklərini artırmaqla yanaşı, məhkəmə proseslərində cəza institutunun əhəmiyyətini daha dərindən mənimsəyiblər.