Xəbərlər

Femida Könüllüləri üçün ilkin təlim təşkil edilib

Femida Könüllüləri üçün ilkin təlim

Cari ilin 12 fevralında müxtəlif instansiya məhkəmələrində fəaliyyətə başlayan Femida Könüllüləri üçün ilkin təlim təşkil edilib. Təlim zamanı, könüllülərə 3 aylıq fəaliyyət planı, qiymətləndirmə mərhələləri və etik davranış qaydaları haqqında məlumat verilib. Sonda təşkilatın sədr müavini Rəfael Məhərrəmli və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mirəli Seyidov, könüllülər tərəfindən ünvanlanan sual və təklifləri cavablandırıb.