Xəbərlər

#ArbiTrain layihəsinin növbəti təlimi keçirilib

#ArbiTrain layihəsi üzrə növbəti təlim

“Femida Könüllüləri” Təşkilatının #ArbiTrain layihəsi üzrə növbəti təlimi keçirilib.


Təlimin qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamentinin direktoru, ADA Universitetinin müəllimi, Beynəlxalq Vəkillər Kollegiyasının Azərbaycan üzrə məruzəçisi, Niderland Krallığı Leyden Universitetinin Hüquq fakültəsinin tədqiqatçısı və London Beynəlxalq Arbitraj Məhkəməsinin arbitrı Toğrul Quluzadə olub.
O, könüllülərə arbitrajın növləri, beynəlxalq arbitrajın praktikada nümunələri və arbitraj zamanı tətbiq olunan maddi hüquq normaları haqqında ətraflı məlumat  verib, öz təcrübələrini bölüşüb.
Daha sonra təlim könüllülərlə qarşılıqlı müzakirə formatında davam etdirilib.