Xəbərlər

“Femida Könüllüləri” Təşkilatı Ombudsmanların Beynəlxalq Bakı Sammitində təmsil olunmuşdur.

“Femida Könüllüləri” Təşkilatı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində təmsil olunmuşdur.

Tədbir çərçivəsində təşkil olunan panel sessiyalarda süni intellektin insan hüquqlarına təsiri, rəqəmsal məkanda hüquqların qorunması, məlumatların mühafizəsi və məxfilik məsələləri müzakirə olunmuşdur.