Femida Könüllüləri üçün təlim təşkil olunub
Məhkəmə modulunun STEP I mərhələsi üzrə Yasamal Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Fariz Əlizadə tərəfindən təlim keçirilib.“Əmək hüququ” mövzusuna həsr olunmuş təlim zamanı, Femida Könüllüləri əmək münasibətləri, əmək müqaviləsinin bağlanması və xitam verilməsi, işçinin və işəgötürənin hüquq və vəzifələri, iş rejimi, əmək mübahisələrinin həlli qaydaları və məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallar barədə geniş və ətraflı məlumat əldə etdilər.
Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.