Xəbərlər

Femida Könüllüləri üçün təlim təşkil olunub

Məhkəmə modulunun STEP I mərhələsi üzrə Binəqədi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Aytəkin İbrahimova tərəfindən təlim keçirilib.

Təlim zamanı Femida Könüllüləri “Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti” mövzusunda geniş və ətraflı məlumat əldə etmiş, bu sahədə mövcud qanunvericilik normaları, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin xüsusiyyətləri, onlara tətbiq olunan cəza və tərbiyəvi tədbirlər, həmçinin beynəlxalq və yerli təcrübələr barədə müzakirələr aparmışlar.

Təlimin sonunda könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.