“Femida Akademiya” layihəsi çərçivəsində “Əqdlər” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Lənkəran Rayon Məhkəməsində hakim Anar Pənahov tərəfindən Femida Könüllüləri üçün “Əqdlər” mövzusunda təlim keçirilmişdir.
Təlim zamanı əqdin anlayışı, növləri və hüquqi mahiyyəti, əqdlərin etibarlılıq şərtləri, etibarsız əqdlərin hüquqi nəticələri, iradə və iradə ifadəsinin əhəmiyyəti, müqavilələrin bağlanması, dəyişdirilməsi və ləğv edilməsi qaydaları, habelə mülki qanunvericilikdə nəzərdə tutulan əsas hüquqi mexanizmlər iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, məhkəmə təcrübəsində rast gəlinən əqd mübahisələri, aktual hüquqi məsələlər və müxtəlif kazuslar əsasında praktiki nümunələr geniş şəkildə təhlil edilərək iştirakçılarla müzakirə olunmuşdur.
Sonda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndirmişlər.