Yeni əməkdaşlarla görüş
“Femida Könüllüləri” Təşkilatının "İnsan resurslarının idarə edilməsi və təlim", “Layihələrin idarə olunması”, "Könüllülərlə iş" və "İctimaiyyətlə əlaqələr" departamentləri üzrə əməkdaşlıq üçün müraciət etmiş və müsahibə mərhələsini uğurla tamamlamış namizədlərlə görüş baş tutub.Görüşdə iştirakçılara təşkilatın məqsədləri, fəaliyyət istiqamətləri və gələcək planları haqqında ətraflı məlumat verilib. Yeni üzvlər təşkilatın hüquqi maarifləndirmə və ictimai faydalılıq sahəsindəki rolu ilə tanış edilib, həmçinin gələcək işlərinə dair fikir mübadiləsi aparılıb.
Görüş səmimi və interaktiv şəraitdə baş tutub, komanda ruhunun və əməkdaşlıq əlaqələrinin güclənməsinə töhfə verib.



