“DİVAN” Milli Məhkəmə Simulyasiyasının 1/4 final mərhələsi
Bakı İnzibati Məhkəməsində, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVAN” Milli Məhkəmə Simulyasiyasının Mövqe Müdafiəsi mərhələsinin 1/4 final mərhələsi baş tutmuşdur.İnzibati istiqaməti üzrə iştirakçılar arasında keçirilən Mövqe Müdafiəsi mərhələsinin 1/4 finalında, Mövqe Sənədi mərhələsindən uğurla keçmiş və növbəti mərhələdə iştirak etmək hüququ qazanan 8 komanda iştirak etmişdir.Mövqe Müdafiəsi mərhələsində iştirakçılar məhkəmə qarşısında iddia və müdafiə mövqelərini əsaslandıraraq hüquqi arqumentlər irəli sürmüş, məhkəmə praktikasına uyğun hüquqi təhlillər aparmış və proses boyu öz məntiqi yanaşmalarını nümayiş etdirmişlər.
Mövqe Müdafiəsi mərhələsinin 1/4 final mərhələsindən uğurla keçən 4 komanda yarımfinal mərhələsində iştirak hüququ qazanmışdır.