“DİVАN” Milli Məhkəmə Simulyasiyasında Təlim Sessiyası
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVАN” Milli Məhkəmə Simulyasiyasının Mülki istiqaməti üzrə iştirakçıları üçün Hüquq üzrə fəlsəfə doktoru, Dövlət Gömrük Komitəsi Akademiyasının müəllimi İsmayıl İsmayıllının təqdimatında təlim keçirilib.Təlim zamanı iştirakçılar "Mülki prosesdə sübutlar" mövzusunda geniş və ətraflı məlumatlar əldə ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.