“DİVАN” Milli Məhkəmə Simulyasiyasında Təlim Sessiyası
Femida Könüllüləri Təşkilatı dpsroetnSo0 J 1lfa6tf30 a g y f73 0 1h6tt58630i7 a h3g7 3 0c u gm7ha r 068 n · Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVАN” Milli Məhkəmə Simulyasiyasının Mülki istiqaməti üzrə iştirakçıları üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, vəkil Paşa Səfərovun təqdimatında təlim keçirilib.Təlim zamanı iştirakçılar "Mülki mübahisələrdə vəkilin müdafiə taktikası" mövzusunda geniş və ətraflı məlumatlar əldə ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.