"Dəyirmi masa" layihəsinin II buraxılışı baş tutdu
“Femida Könüllüləri” Təşkilatının “Dəyirmi Masa” layihəsinin 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş II buraxılışının qonağı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Korporativ Hüquq departamentinin rəhbəri Nurlan Mustafayev olub.“Beynəlxalq Hüquqda Mülkiyyət Hüququ: Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan-Ermənistan Dövlətlərarası İddiaları” mövzusunda keçirilən maraqlı müzakirənin nəticəsində, Femida Könüllüləri müxtəlif ölkələrin qanunvericiklərini, presedent hüquqlarını və beynəlxalq konvensiyaları mübahisə edərək, real kazuslara tətbiq ediblər.
Görüşün sonunda Nurlan Mustafayev, öz təcrübəsini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıb.