Binəqədi Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Abbas Rzayev və məhkəmə kollektivi könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatrla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər avqust-noyabr ayları ərzində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.