Könüllülər Günü münasibətilə Femida Könüllüləri ilə görüş keçirilib
5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova və təşkilatın fəaliyyətində aktiv iştirak edən Femida Könüllüləri arasında görüş keçirilib.Görüş zamanı Nilgün Məmmədova çıxış edərək, könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşüb, onları bu əlamətdar gün münasibətilə təbrik edib və könüllülərə gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra, 2024-cü il üzrə “Femida Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə uğurlu iştiraklarına görə Femida Könüllüləri təşəkkürnamə ilə təltif ediliblər.