Nəsimi Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinin sertifikatların təqdimetmə mərasimiBakı Şəhəri Nəsimi Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən məhkəmənin sədri İlqar Qaralov və “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxış edərək, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğur arzu ediblər.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər noyabr-yanvar ayları ərzində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.