Xəbərlər

Bakı İnzibati Məhkəməsində könüllülərin sertifikasiyası

Bakı İnzibati Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllüsünə sertifikatın təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynov könüllünün fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüsü sertifikatla təltif edilib.

Qeyd edək ki, #könüllü 2025-ci ilin fevral-may ayları ərzində Bakı İnzibati Məhkəməsində fəaliyyətdə olub. O, ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıb.