Xəbərlər

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətində könüllülərin sertifikasiyası

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətində fəaliyyətini uğurla başa vuran Femida Könüllüsünə sertifikatın təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparat rəhbəri - Baş Katib Orxan Babayev könüllünün fəaliyyətini yüksək qiymətləndirərək ona  gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüsü sertifikatla təltif olunub.

Qeyd edək ki, #könüllü iyul-oktyabr ayları ərzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətində fəaliyyətdə olub. O ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP II mərhələsini başa çatdırıb.