Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Femida Könüllüləri” Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş keçirilib.

Görüş zamanı tələbələrə “Femida Könüllüləri” Təşkilatının əsas fəaliyyət istiqamətləri, təşkilatda mövcud olan müxtəlif modullar üzrə könüllülük imkanları, bu modullar çərçivəsində həyata keçirilən tədbir və layihələr, eləcə də il çərçivəsində həyata keçiriləcək tədbir və layihələr haqqında məlumat verilib. Bundan əlavə, tələbələr könüllü olmaq üçün izlənilməli addımlar, layihələrdə iştirakın üstünlükləri və şəxsi inkişaf imkanları barədə də məlumatlandırılıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.