Xəbərlər

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəri ilə görüş

“Femida Könüllüləri” Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tələbələri ilə görüş keçirilib.

Görüş zamanı tələbələrə “Femida Könüllüləri” Təşkilatının əsas fəaliyyət istiqamətləri, təşkilatda mövcud olan müxtəlif modullar üzrə könüllülük imkanları, həmin modullar çərçivəsində həyata keçirilən tədbir və layihələr, eləcə də il ərzində reallaşdırılması planlaşdırılan təşəbbüslər barədə ətraflı məlumat verilib.Bununla yanaşı, tələbələr könüllü olmaq üçün izlənilməli addımlar, layihələrdə iştirakın üstünlükləri və şəxsi inkişaf imkanları barədə də məlumatlandırılıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.