“Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” baş tutub
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan Könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” baş tutub.Femida Könüllüləri tədbir zamanı təşkil olunan üzv təşkilatların sərgisində iştirak ediblər.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli bir addım olaraq gənclər 2024-cü il üzrə “İlin Könüllüsü” mükafatı ilə 5 nominasiya üzrə təltif olunub.
Tədbirdə iştirak edən Femida Könüllüləri İslam Talıbov və Nilgün Alməmmədova “Dövlət qurumlarında könüllülük” nominasiyası üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunublar.