Xəbərlər

Azərbaycan Hakimlər İttifaqı ilə memorandum imzalanıb

Azərbaycan Hakimlər İttifaqı ilə “Femida Könüllüləri” Təşkilatı arasında ​​​​​​​birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.

Memorandumun məqsədi gənclərin hüquqi maarifləndirilməsi və gənc hüquqşünasların məhkəmə-hüquq sahəsində bilik və təcrübələrinin inkişaf etdirilməsinə nail olmaq, onların müasir əmək bazarına uyğunlaşdırılmasına dəstək göstərməkdir.

Əməkdaşlıq çərçivəsində Hakimlər İttifaqı daxilində könüllü fəaliyyətinin təşkili, tədbir, seminar, təlim və konfransların təşkilinə dəstək göstərilməsi nəzərdə tutulur. Eyni zamanda birgə konfrans, təlim və digər tədbirlərin keçirilməsi, birgə nəşrlərin, tədris vəsaitlərinin və maarifləndirici materialların hazırlanması planlaşdırılır.