Azərbaycan Hakimlərinin II Forumu
Cari ilin 20 fevral tarixində Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Azərbaycan Hakimlərinin II Forumu keçirilib.500-dək məhkəmə hakiminin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, həmçinin dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaq olub.
Tədbir çərçivəsində “Femida Könüllüləri” təşkilatı dəstək göstərmiş, qonaqların qarşılanması və qeydiyyatında, həmçinin axının idarə edilməsi prosesində iştirak ediblər.




