Azərbaycan Hakimlərinin I Forumu
Cari ilin 28 fevral tarixində Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Azərbaycan Hakimlərinin I Forumu keçirilib.
400-dən çox məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaq olub.
Tədbir çərçivəsində Femida Könüllüləri təşkilati dəstək göstərmiş, qonaqların qarşılanması və qeydiyyatında, həmçinin axının idarə edilməsi prosesində iştirak ediblər.