Arbitraj günləri
Cari ilin 24-25 oktyabr tarixində Bakı Arbitraj Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Arbitraj Günləri keçirilib.Tədbirin əsas məqsədi arbitraj institutunun ölkəmizdə inkişafı, bu sahədə maarifləndirmənin artırılması, hüquq ictimaiyyəti ilə tələbə gənclər arasında bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də müasir arbitraj mexanizmlərinin hüquq təcrübəsinə inteqrasiyasına dəstək göstərmək olub.
Arbitraj Günləri çərçivəsində keçirilən sessiyalarda yerli və xarici hüquqşünaslar arbitraj praktikasının inkişafı, beynəlxalq təcrübə və milli hüquq sistemində tətbiqi imkanları barədə çıxışlar ediblər.
Tədbir çərçivəsində Femida Könüllüləri qonaqların qarşılanması və qeydiyyatında, həmçinin tədbirin təşkilati işlərinin idarə edilməsində fəal iştirak ediblər.



